Növbəti miqrant faciəsi – 400 adam öldü

18 Aprel 2016 10:49 (UTC+04:00)

Aralıq dənizində daha bir miqrant faciəsi baş verib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Somali, Efiopiya və Eriteriyadan İtaliyaya getmək istəyən 400-dən çox miqrantın olduğu gəmilər qəzaya uğrayıb.

Somalinin Misirdəki səfiri onların hamısının öldüyünün təxmin edildiyini deyib. Gəmilərin Misirdən yola çıxdığı bildirilir.

Bu, Aralıq dənizindəki ikinci ən böyük miqrant faciəsi hesab edilir. Xatırladaq ki, 2015-ci ilin aprel ayında Aralıq dənizində təxminən 700 miqrantı daşıyan gəmi batıb. Onların hamısı həyatını itirib.

Ömər Dağlı