İspaniyada ikihakimiyyətlilik, “Lester” çempionluğun bir addımlığında

18 Aprel 2016 11:04 (UTC+04:00)

Mövsüm sona yaxınlaşmaq üzrədir. Təxminən 1 aydan sonra “böyük beşlik” ölkələrində çempionatlar sona çatacaq.

Fransada artıq çempion bəllidir (PSJ). Almaniya və İtaliyada da böyük ehtimalla hazırki liderlər – “Bavariya” və “Yuventus” finişə birinci çatacaq. Bu gün üçün ən çox maraq doğuran çempionatlar La Liqa və Premyer Liqadır. İspaniyada “Barselona”nın ardıcıl 3 oyunda məğlubiyyət alması Madrid klublarını ruhlandırıb. “Atletiko” kataloniya klubuna çatıb, “Real” isə onlardan 1 xal geri qalır. Bu arada Messinin “Barsa” formasıyla 500-cü qolunu vurduğunu da qeyd edək.

İngiltərədə də “Lester” nağılı davam edir. Düzdür, son turda “Tülkülər” 2 xal itirsə də, rəqibin “Vest Hem” olduğunu düşünsək, buna təəssüflənmək lazım deyil. Slaven Biliçin yetirmələri cari mövsümdə nəhəng klublara əməlli-başlı başağrısı olub.

Publika.az Fransa, İtaliya, İspaniya, Türkiyə, Almaniya və İngiltərə çempionatlarında son turun nəticələrini təqdim edir:

Fransa. Liqa-1, 34-cü tur

15 aprel

22:30 Lion - Nitsa 1:1

Lakazette, 82 - Jermen, 18.

16 aprel

19:00 PSJ - Kan 6:0

İbrahimoviç, 12; 57. Matyuidi, 45. Kavani, 49. Di Maria, 53. Maksvell, 76.

22:00 Loryan - Tuluza 1:1

Ture, 91 - Ben Yedder, 49.

22:00 Ayaçço - Lill 2:4

Puyol, 41. Ture, 86 - Bufal, 19; 74; 84. Martinez, 88.

22:00 Bordo - Anje 1:3

Rolan, 70 - Ndoye, 62. Yattara, 64. Burilyon, 87.

22:00 Bastiya - Sent-Etyen 0:1

Nolan Ru, 75.

22:00 Trua - Reyms 2:1

Kamyu, 50. Nivet, 61-p - Bifuma, 64.

17 aprel

16:00 Nant - Monpelye 0:2

Dabo, 23. Skiri, 71.

19:00 Renn - Genqam 0:3

Diallo, 63. Briand, 73. Sankare, 77.

23:00 Monako - Marsel 2:1

Bernardo Silva, 47. Raqqi, 76 - Batşuayi, 93.

* * *

İtaliya. A seriyası, 33-cü tur

16 aprel

17:00 Bolonya - Torino 0:1

Belotti, 93-p.

20:00 Karpi - Cenoa 4:1

Di Qaudio, 45. Lollo, 45. Paskiuti, 49. Sabelli, 86 - Pavoletti, 34.

22:45 İnter - Napoli 2:0

İkardi, 4. Brozoviç, 44.

17 aprel

14:30 Atalanta - Roma 3:3

D`Alessandro, 33. Boryello, 37; 50 - Dinye, 23. Nainqqolan, 27. Totti, 85.

17:00 Fiorentina - Sassuolo 3:1

Rodrigez, 10. İliçiç, 57. Konsilyi, 84-a/q - Berardi, 56.

17:00 Verona - Frozinone 1:2

Bianşetti, 64 - Russo, 15. Alessandro Frara, 90+2.

17:00 Yuventus - Palermo 4:0

Kxedira, 10. Pol Poqba, 71. Kuadrado, 74. Padoin, 90.

17:00 Udineze - Kyevo 0:0

20:00 Latsio - Empoli 2:0

Kandreva, 7-p. Onazi, 44.

22:45 Sampdoriya - Milan 0:1

Bakka, 71.

* * *

İspaniya. La Liqa, 33-cü tur

15 aprel

22:30 Levante - Espanyol 2:1

Rossi, 23. Medyani, 66 - Ernan Peres, 7.

16 aprel

18:00 Xetafe - Real 1:5

Sarabia, 84 - Benzema, 30. İsko, 40. Beyl, 50. Rodriqes, 88. Ronaldo, 92.

20:15 Las Palmas - Sportinq 1:1

Biqas, 3 - Coni, 48.

22:30 Eybar - Real Sosyedad 2:1

Serji Enrix, 32. Eskalante, 59 - Zurutuza, 6.

00:05 Selta - Betis 1:1

Ernandes, 78 - N'Diaye, 24.

17 aprel

14:00 Malaqa - Atletik 0:1

Rual Qarsiya, 53.

18:00 Sevilya - Deportivo 1:1

İborra, 21 - Oriol Riera, 81.

20:15 Atletiko - Qranada 3:0

Koke, 16. Fernando Torres, 60. Korrea, 84.

20:15 Rayo Valyekano - Vilyarreal 2:1

Querra, 8. Miku, 82 - Adrian, 21.

22:30 Barselona - Valensiya 1:2

Messi, 64 - Rakitiç, 26-a/q. Santi Mina, 45.

* * *

Türkiyə. Superliqa, 29-cu tur

16 aprel

14:00 Əskişəhərspor - Konyaspor 1:2

Nadir Çiftçi, 91-p - Bajiç, 25-p. Volkan Fındıklı, 58.

14:00 Rizəspor - Osmanlıspor 0:1

Rusesku, 83.

17:00 Antalyaspor - Qalatasaray 4:2

Eto'O, 15; 53. Əmrah Başsan, 72. Rıdvan Şimşək, 91 - Dieqo Angelo, 40-a/q. Umut Bulut, 64.

20:00 Sivasspor - Beşiktaş 1:2

Şaheşue, 93 - Mario Qomes, 58. Özyakup, 62-p.

17 aprel

14:30 Başakşəhər - Qaziantepspor 4:1

Batdal, 11. Yalçın, 14. Əmrə, 27. Viska, 87-p - Arokoyo, 22.

14:30 Kasımpaşa - Kayserispor 1:2

Dərdiyok, 45+2 - Köse, 15-a/q. Bakış, 61.

17:00 Bursaspor - Akhisar 0:2

Qrbic, 72. Nquemo, 90+1.

20:00 Fənərbaxça - Mersin İdmanyurdu 4:1

Volkan Şən, 7; 10. Fernandao, 57. Van Persi, 63-p - Güvən Varol, 45.

18 aprel

21:00 Gənclərbirliyi - Trabzonspor

* * *

Almaniya. Bundesliqa, 30-cu tur

15 aprel

22:30 Hannover - Borussiya M 2:0

Anton, 49. Sobiç, 60.

16 aprel

17:30 Bayer - Ayntraxt 3:0

Kampl, 70. Brandt, 76. Bellarabi, 90.

17:30 Auqsburq - Ştutqart 1:0

Finnboqason, 36.

17:30 Hoffenhaym - Herta 2:1

Şar, 33. Uz, 85 - Stark, 26.

17:30 Darmştadt - İnqolştadt 2:0

Roş, 50. Vaqner, 85.

17:30 Verder - Volfsburq 3:2

Pizarro, 32. Bartels, 64. Yatabere, 83 - Qulivaqi, 36. Dost, 87.

20:30 Bavariya - Şalke 3:0

Levandovski, 55; 65. Vidal, 73.

17 aprel

17:30 Borussiya D - Hamburq 3:0

Pulisiç, 38. Adrian Ramos, 44; 86.

19:30 Maynts - Köln 2:3

Kordoba, 8. Baloqun, 49 - Risse, 64. Jojiç, 74. Modeste, 83.

* * *

İngiltərə. Premyer Liqa, 34-cü tur

16 aprel

15:45 Norviç - Sanderlend 0:3

Borini, 41-p. Defo, 53. Vatmor, 91.

18:00 Everton - Sautqempton 1:1

Funes Mori, 68 - Mane, 76.

18:00 Mançester Yunayted - Aston Villa 1:0

Reşford, 32.

18:00 Nyukasl - Suonsi 3:0

Laskelles, 41. Sissoko, 82. Tounsend, 89.

18:00 Vest Bromviç - Uotford 0:1

Vatson, 27.

20:30 Çelsi - Mançester Siti 0:3

Aquero, 33; 54; 80-p.

17 aprel

16:30 Bornmut - Liverpul 1:2

King, 90+3 - Firmino, 41. Starric, 45+2.

16:30 Lester - Vest Hem 2:2

Vardi, 18. Ulloa, 90+2-p - Kerrol, 84-p. Kresvel, 86.

19:00 Arsenal - Kristal Pelas 1:1

Aleksis Sançes, 45 - Bolasye, 82.

18 aprel

23:00 Stok Siti - Tottenhem