Qarabağ münaqişəsi Kreml və Yeliseyin gündəmində

18 Aprel 2016 16:22 (UTC+04:00)

Rusiya və Fransa XİN rəhbərləri Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər.

Publika.az “TASS”-a istinadən xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov aprelin 19-da fransalı həmkarı Jan Mark Eyro ilə görüşəcək.

Rusiya XİN-nin bəyanatına görə, Lavrov və Eyro terrorizmlə mübarizə, Ukrayna, Liviya, Suriyadakı vəziyyət, bütövlükdə Yaxın Şərqdə yaşananları müzakirə edəcək.

Bəyanatda qeyd olunur ki, hər iki ölkənin XİN rəhbərləri Dağlıq Qarabağ münaqişəsini də müzakirə edəcəklər: “Son günlər Qarabağda yaşanan gərginlik müzakirə ediləcək, həmçinin, ATƏT-in Minsk qrupunun həmsədri kimi hər iki ölkənin xarici işlər idarəsi addımlarının uyğunlaşdırlması haqda danışacaqlar”.

Asif