Bağdadinin köməkçisi öldürüldü

18 Aprel 2016 18:30 (UTC+04:00)

“İslam dövləti” (İŞİD) terror qruplaşmasının yüksək vəzifəli rəhbərlərindən biri İraqın Mosul şəhərindən cənubda öldürülüb.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, Abd al-Şabib Caburi Süleymani Amerika sülhməramlılarının helikopterlə apardığı reydin gedişatında məhv edilib.

İŞİD lideri Əbubəkr Əl-Bağdadinin iki ən yaxın köməkçisindən biri idi. O, həmçinin İŞİD-in hərbi şurasının üzvü idi.

Qeyd edək ki, bu gün ABŞ-ın müdafiə naziri Eşton Karter İraq gəlib. Onun səfərinin məqsədi Mosulun azad edilməsi üzrə əməliyyatın aktiv mərhələsinin başlanmasından əvvəl İraqda Amerika xüsusi təyinatlılarının sayının artırılmasını uyğunlaşdırmaqdır.

Ömər Dağlı