Xalq artisti təcili əməliyyat olunacaq

19 Aprel 2016 15:15 (UTC+04:00)

Ötən ay 1 saylı şəhər Kliniki Xəstəxanasında əməliyyat olunan tanınmış diktor, xalq artisti Sabir Ələsgərli yenidən əməliyyat olunacaq.

Bu barədə Publika.az-a açıqlama verən diktor bu gün, ya da sabah əməliyyat olunacağını deyib: “Həkimin zəngini gözləyirəm, bu gün, ya sabah əməliyyat olunmalıyam. Keçən dəfə böyrək əməliyyatı keçirdim, indi də prostat vəzindən əziyyət çəkirəm. Əməliyyatdan sonra danışarıq”.

Əməliyyat Tibb Universitetinin cərrahiyyə şöbəsində olacaq.

Cəvahir