Zəlzələ nəticəsində ölənlərin sayı 480 nəfərə çatıb

20 Aprel 2016 04:38 (UTC+04:00)

Ekvadorda aprelin 16-da baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 480 nəfərə çatıb.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, Boliviya, Kolumbiya və Venesuela daxil olmaqla regionun bir neçə ölkəsi Ekvadora xilasedici qüvvələri və humanitar yardım göndəriblər.

Bundan əvvəl 413 nəfərin öldüyü bildirilib.

7,8 bal gücündə olan zəlzələnin episentri ölkənin şimal-qərb hissəsində yerləşən Pedernales şəhərində qeydə alınıb.