Ərdoğanın Azərbaycana səfərinin tarixi açıqlandı

20 Aprel 2016 01:38 (UTC+04:00)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin tarixi açıqlanıb.

Publika.az xəbər verir ki, Ərdoğan aprelin 25 və 26-da Bakıda keçiriləcək BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak etmək üçün Azərbaycana gələcək. Səfər çərçivəsində Ərdoğanın Azərbacyan prezidenti İlham Əliyevlə görüşü planlaşdırılıb. Prezidentlərin Dağlıq Qarabağ münaqişəsini, xüsusilə Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginliyin artması barədə müzakirələr aparacağı bildirilir.