Aygün türk müğənnisinə belə od qoydu – FOTO

20 Aprel 2016 10:15 (UTC+04:00)

Türkiyənin “TMB” kanalında keçirilən “Pərəstişkarların savaşı” (“Fan savaşları”) adlı yarışmanın növbəti iştirakçıları xalq artisti Aygün Kazımova və müğənni Yıldız Tilbe olub.

Publika.az xəbər verir ki, hər iki ifaçının fotosu kanalın feysbuk səhifəsinə yerləşdirilib və sevənləri tərəfindən bəyənilib. A.Kazımova 51 faiz səs toplayaraq birinci olub.

Yarışmanın qaydasına əsasən birinci olan ifaçının mahnıları və klipləri gün ərzində adıçəkilən kanalda nümayiş edilir.

Cəvahir