Çıxış yolu tapıldı: 10 milyardlıq kredit razılaşması

20 Aprel 2016 17:00 (UTC+04:00)

Səudiyyə Ərəbistanı beynəlxalq banklarla 10 milyard dollar kredit razılaşması əldə edib.

Publika.az “Bloomberg”ə istinadən xəbər verir ki, razılaşmanın bu ay sonuna qədər imzalanması gözlənilir.

Aralarında Amerika, Avropa, Yaponiya və Çin banklarının da olduğu böyük bir qrup Səudiyyəyə kredit verməyə hazırdır. Bildirilir ki, hökumət əvvəldə 8 milyard dollar kredit almaq istəyib. Lakin sonradan məbləğin 10 milyard dollara yüksəldildiyi deyilir.

Qeyd edək ki, dünyanın ən böyük neft istehsalçılarından olan Səudiyyə Ərəbistanının “qara qızılın” qiymətinin ucuzlaşması səbəbindən maliyyə gəlirləri azalıb. Səudiyyə vəziyyətdən çıxış yolunu kredit xəttində görüb.

İqtisadiyyat şöbəsi