PKK-nın çirkli planı ifşa edildi – yeni hücum olacaq

20 Aprel 2016 18:48 (UTC+04:00)

PKK terror təşkilatının liderlərindən olan Cəmil Bayıkın şəhərlərdəki terrorçulara verdiyi “Çəkilin!” təlimatının bir taktiki gediş olduğu ortaya çıxıb.

Publika.az xəbər verir ki, “Haber7” saytına terror mütəxəssisləri şəhərlərdə ağır itkilər verən PKK-nın yenidən güc toplamaq istədiyini deyib.

“Döyüşçülərin itkilərinə maneə olmağa çalışan PKK rəhbərliyi qısa müddətdə hərəkət planını dəyişdirir və yeni hücumlara hazırlaşır. Bu çəkilməyi yeni həll prosesinin başlanacağı və yaxud da “PKK təslim oldu” şəklində şərh etmək səhv olardı”, - terror mütəxəssisləri bildiriblər.

Ömər Dağlı