22 ildir eyni yeməyi yeyir – FOTOLAR

21 Aprel 2016 08:27 (UTC+04:00)

İngiltərədə yaşayan 26 yaşlı Deniel Pennok 22 ildir ki, eyni yeməyi yeyir.

Publika.az xəbər verir ki, Deniel 22 ildir sadəcə kartof və sosis qızartması ilə qidalanır. 4 yaşında ikən sosis və kartofdan başqa heç nə yeməməyə qərar verən Deniel indi peşmançılıq çəkir. O, başqa yeməklərdən dadmaq istəsə də orqanizmi bunu qəbul etmir. "Axırıncı dəfə nə vaxt tərəvəz yediyimi xatırlamıram. Arada alma və banan yemişəm. Ancaq başqa qidalar məni xəstələndirir", – deyən Deniel indi həkimlərdən kömək gözləyir.

Ləman Sultan