Almaniyadan Qarabağ XƏBƏRDARLIĞI

21 Aprel 2016 00:45 (UTC+04:00)

Bu gün Almaniyanın XİN başçısı Frank-Valter Ştaynmayer ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə görüşüb.

Trend-in xəbər verir ki, bu barədə Almaniya XİN-in məlumatında deyilir.

Məlumata əsasən, göruş zamanı qeyd olunub ki, Dağlıq Qarabağda atəşkəsin və siyasi danışıqların bərpası əvəzolunmazdır.

Ştaynmayer bildirib ki, status-kvonun saxlanılması gələcək üçün heç bir zəmanət vermir və yenidən vəziyyətin gərginləşməsinə gətirib çıxara bilər.