39 yaşlı futbolçu 3 dəqiqəyə 2 qol vurdu - VİDEO

21 Aprel 2016 12:24 (UTC+04:00)

İtaliya A seriyasında 34-cü turun oyunları keçirilib.

Publika.az xəbər verir ki, turun ən dramatik qarşılaşması Romada baş tutub. “Roma” yüksək əzmkarlıq göstərərək məğlub olduğu oyunu öz xeyrinə dəyişə bilib. Xüsusilə də komandanın rəmzi sayılan Françesko Tottinin qolları yadda qalan olub.

39 yaşlı kapitan meydana çıxdıqdan 1 dəqiqə sonra komandasının bərabərlik qolunu vurub. 2 dəqiqə sonra isə qocalmaq bilməyən Çesko qələbə topunun müəllifi olub.