"21 minlik ordu yaratmışdınsa Sürətin banditlərindən niyə qaçdın?"

22 Aprel 2016 00:45 (UTC+04:00)

"Əli Kərimli nağıl danışır. Adama deyərlər ki, bu cür ordu yaratmışdınsa, Sürət Hüseynovun 60 nəfərlik banditinin qarşısından niyə qaçdın?! Qorxusundan Bakını da tərk etmişdin. Ən yaxın qohumları belə Əli Kərimliyə yaxın durmurdu, sahib olmurdu. İndi bu adam indi özündən qəhrəman obrazı yaradır. Bir daha deyirəm bu cür ordu yaratmışdınsa, niyə qiyam edən banditlərin qarşısını almadın! Qiymanın qarşısını almaq mümkün idisə, onda Əli Kərimli prezident Elçibəyə xəyanət edib. Sürətin qorxusundan Türkiyədən qayıda bilməyən adamın qəhrəmanlıqdan danışması gülünc vəziyətə düşməkdən başqa bir şey deyil. Özü də çox adam yaxşı bilir ki, Sürət Hüseynov Əli Kərimlini haqqında hansı ifadələri işlədib”....

Bunu AXCP sədri Əli Kərimlinin 2 ay dövlət katibi (o zaman Prezident Administrasiyasının başçısı belə adlanırdı) işlədiyi dövrdə ölkədə ordu quruculuğu ilə bağlı mətbuatda dediyi fikirləri şərh edən BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı deyib.

Əli Kərimli Türkiyədən dəvət edilmiş mütəxəsssilərin köməyi ilə vəzifədə olduğu müdətdə 21 minlik ordu yaratdığını iddia edib.

Niyaməddin Orduxanlı bildirib ki, əslində Əli Kərimlinin veridyi acıqlama da dövlət sirrinin yayılması faktı var: "Qanunverciliyə görə, dövlət sirrini yayan istənilən şəxsə qarşı cinayət məsuliyyəti nəzərdə tutulur. Kimliyindən aslı olmayaraq. Bu işlə hüquq-mühafizə orqanları məşğil olmalıdır. Digər tərəfdən isə, bu gün Əli Kərimli həm də özünün iki aylıq dövlət katibi vəzifəsini qabartmaqla , sankı Elçibəy hakimiyyətinin məsuliyyətini öz üzərindən atmaq istəyir . Guya o dövrdə bu iki ay ərzində dövlət katibi kimi çalışaraq böyük işlər görüb, “qəhrəmanlıq” edib, ordu quruçuluğunu həyata keçirdib. 21 000-lik Azərbaycan ordusunu yaradıb. Əli Kərimli nağıl danışır. Adama deyərlər ki, bu cür ordu yaratmışdınsa, Sürət Hüseynovun 60 nəfərlik banditinin qarşısından niyə qaçdın?! Qorxusundan Bakını da tərk etmişdin”.