Səfərov ippona düşdü

22 Aprel 2016 10:08 (UTC+04:00)

Azərbaycan cüdoçusu Orxan Səfərov Rusiyanın Kazan şəhərində keçirilmiş Avropa çempionatında gümüş medal qazanıb.

Publika.az xəbər verir ki, 24 yaşlı idmançı finalda fransalı Valid Xyara məğlub olub. O, görüşə fəal başlayıb. Əvvəlcə yuko, ardından vazari xalları alan Səfərov sonradan təşəbbüsü əldən verib. Nəticədə Xyar ipponla qələbə qazanıb.

Qeyd edək ki, bu, ilk yarış günündə Azərbaycan yığmasının yeganə medalı olub. 60 kq çəkidə Azərbaycanın digər cüdoçusu İlqar Müşkiyev 7-ci yeri tutub. Tərlan Kərimovla (66 kq) yeganə qadın cüdoçu Aişə Qurbanlı ilk görüşdəcə uduzaraq mübarizəni dayandırıb.