Avropa çempionatında medallarımızın sayı artacaqmı?

22 Aprel 2016 12:00 (UTC+04:00)

Rusiyanın Kazan şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli cüdo üzrə Avropa çempionatı davam edir.

Publika.az xəbər verir ki, yarışın ikinci günündə Azərbaycanın 2 cüdoçusu tatami üzərinə çıxacaq.

73 kq çəkidə Rüstəm Orucovun rəqibi litvalı Kestutis Vitkauskas olacaq. 81 kq-da isə Əbdülhəqq Rəsullu fransalı Alen Şmittlə görüşəcək. Hər iki idmançı mübarizəyə 1/16 final mərhələsindən qoşulacaq.

Qeyd edək ki, çempionatın ilk günündə 60 kq çəkidə mübarizə aparan Orxan Səfərov gümüş medal qazanıb.