Rus admiralı Kiyevə çağırıldı

22 Aprel 2016 17:22 (UTC+04:00)

Ukraynanın Baş hərbi prokurorluğu Rusiyanın Qara dəniz donanmasının rəhbəri, admiral Aleksandr Vitkonu dindirilmək üçün Kiyevə çağırıb.

Publika.az xəbər verir ki, bu barədə hərbi prokurorluğu mətbuat xidmətindən bildirilib.

Aleksandr Vitko dövlət xəyanətinə çağırışlarda və Ukraynanın dövlət sərhədlərinin dəyişikliyinə yönəlik hərəkətlərdə ittiham olunur.

Qurumdan verilən tələbə əsasən admiral aprelin 25-də Kiyevdə olmalıdır.

Ömər Dağlı