Neft 45 dollarda qərarlaşdı

23 Aprel 2016 10:11 (UTC+04:00)

Dünya bazarında neftin qiymətində cüzi dəyişiklik olub.

Publika.az-ın "Bloomberg"ə istinadən məlumatına görə, Brent markalı neft 0,38 dollar (1,30 faiz) bahalaşaraq 45,11 dollar olub. WTI markalı neft isə 0,33 dollar (1,27 faiz) yüksələrək 43,73 dollar təşkil edib.