Yük maşını yerin altına batdı - FOTO

24 Aprel 2016 00:46 (UTC+04:00)

Amerikanın Hyuston şəhərində park olunan yük maşınının ağırlığından asfalt örtüyü çöküb, maşın yarıya qədər yerin altına batıb.

Oxu.az xəbər verir ki, güclü daşqının nəticəsində rayonların birində yerləşən qaraj su ilə dolub. Təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün yük maşını çağırılıb. Amma deyəsən, su yalnız tikilini batırmayıb, eləcə də torpağın bir hissəsini yuyub.

Qeyd edilir ki, hadisə nəticəsində heç kim xəsarət almayıb. Yerli hakimiyyət artıq bəyan edib ki, yük maşınını yaxın zamanda çıxarmağı planlaşdırırlar.