Şırnakdakı küçə döyüşündən VİDEO

24 Aprel 2016 08:02 (UTC+04:00)

Türkiyənin Şırnak vilayətində PKK terror təşkilatına qarşı anti-terror əməliyyatları davam edir.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, İnternetdə PKK ilə təhlükəsizlik gücləri arasında baş verən son döyüşlərdən birinin görüntüləri yayılıb.

Görüntülərdə təhlükəsizlik güclərinin irəliləməsi, silah səsləri və təhlükəsizlik güclərinin bir evdən atəş açması yer alıb.