Suriyadan atılan mərmi Türkiyədə məscidə düşdü, yaralılar var

24 Aprel 2016 20:53 (UTC+04:00)

Bu gün yerli vaxtla saat 18:00 radələrində Suriya ərazisindən atılan qumbaraatan mərmisi Kilis şəhərində məscidə düşüb.

APA-nın “Milliyet”-ə istinadən verdiyi məlumata görə, ilkin məlumata əsasən, hadisə nəticəsində xəsarət alanlar var.

Partlayışın gücündən ətrafdakı binaların şüşələri qırıldı. Yaralılar təcili yardımlarla xəstəxanalara çatdırılır.

Xatırladaq ki, bu gün səhər saatlarında da Kilis şəhəri atəşə tutulub. Şəhərin Dəmirçilər məhəlləsinə 2 qumbaraatan mərmisi düşüb, nəticədə 6 nəfər yaralanıb.