Sabah iki rayonda qaz olmayacaq

24 Aprel 2016 22:41 (UTC+04:00)

Aprelin 25-də Xızı rayonunun Giləzi, Yeni Yaşma, Şurabad, Sitalçay, Siyəzən rayonunun Zarat, Çandahar və Qara Siyəzən kəndlərində qaz kəsiləcək.

Bu barədə Publika.az-a SOCAR-dan məlumat verilib. Məlumata görə, Siyəzən magistral qaz kəmərləri sahəsinin “Giləzi” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Təmir işlərinin axşam saatlarında başa çatacağı bildirilir.