Kraliçadan qüsursuz zövq nümayişi – FOTOLAR

25 Aprel 2016 11:15 (UTC+04:00)

İspaniya kraliçası Letisiya növbəti dəfə sübut edib ki, o, dünyanın ən yaxşı geyinən xanımlarından biridir.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, İspaniya kraliçası Servantes ədəbi mükafatının təqdimetmə mərasimi zamanı qüsursuz zövq nümayiş etdirib. Tədbirdə kraliça peplum tərzində qırmızı don geyinib. Don kraliçanın sevimli dizayneri Karolina Herreraya aiddir. Kraliça dəsti eyni tonlu ayaqqabı ilə birləşdirib, o, makiyajda da qırmızı rəng üzərində seçim edib. Dodaqlarını qırmızı pomada ilə vurğulayan kraliça aksesssuar olaraq yalnız sırğa taxıb. Nəticədə obraz gözəl və yığcam alınıb.

Aytən