Yayın dəbli xanımı olmaq üçün saçınızı yandan ayırın! – FOTOLAR

27 Aprel 2016 11:45 (UTC+04:00)

Yandan ayrılmış saçlar təkcə bu yayın deyil, 2017-ci ilin də əsas gözəllik trendlərindən olacaq.

Publika.az xəbər verir ki, 2000-ci ilin əvvəlindən bəri dəbə düşən yandan ayrılmış saçlar hazırda qızıl dövrünü yaşayır.

Belə saç hər tərzlə uyğunlaşsa da, romantik üslubda geyinənlərə daha çox yaraşır. Podiumlarda da yandan ayrılmış saç trendini görmək mümkündür. Bu il “Stella McCartney” dəfiləsində yandan ayrılmış dağınıq modellər ön planda idisə, “Christian Dior” dəfiləsində isə arxada kiçik toppuz toplanmış saç modeli diqqət çəkirdi.

“Mugler”, “Jason Wu” və “Marissa Webb” kimi məşhur moda evlərinin dəfilələrində də yandan ayrılmış müxtəlif saç modellərini görmək mümkün idi.

Fotolara nəzər salın və yay üçün sizə ən uyğun saç modelini müəyyənləşdirin!

Ləman Sultan