Xaçmazda iki məktəbli qız itkin düşüb

2 Aprel 2014 23:26 (UTC+04:00)

Xaçmaz şəhər 1 saylı orta məktəbin 7-ci sinif şagirdləri Tağıyeva Jalə Bəxtiyar qızı qonşusu Arzu Cəlilova ilə birgə günorta təxminən saat 13:30-da dərsdən çıxdıqdan sonra evə qayıtmayıb.

Tağıyeva Jalənin dayısı Ənvər Məmmədovun sözlərinə görə, Jalə evdən 1200 manat pul götürüb.

Xaçmaz Rayon Polis Şöbəsinin müstəntiqi Valik Vəlimatov faktı təsdiqləyib və ANS PRESS-ə bildirib ki, itkin düşmüş məktəbli qızlar Xaçmaz rayon avtovağzalından Bakıya gediblər.

Hər iki məktəblinin tapılması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir. /anspress/