Ağır xəstəlik keçirən aktyor yeni filmdə - FOTOLAR

28 Aprel 2016 10:45 (UTC+04:00)

“İkimizin yerinə” filminin çəkilişləri başa çatıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş rollarda Serenay Sarıkaya və Nejat İşlərin oynadığı "İkimizin yerinə" adlı filmin çəkilişləri tamamlanıb.

Filmin ssenarisini Pınar Buluda, rejissorluğu isə Umur Turaqaya aiddir. Film kiçik qəsəbədə böyüyən qız ilə ədəbiyyat müəlliminin böyük məhəbbətindən bəhs edir. Filmin qala gecəsinin nə vaxt baş tutacağı hələlik məlum deyil.

Qeyd edək ki, Nejat İşlər ağır xəstəlik keçirdikdən sonra uzun müddət ekranlardan uzaq düşmüş, heç bir film və serial təklifini qəbul etmirdi.

Aytən