Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Axşam bəzi yerlərdə az yağıntı olacağı ehtimalı var.
Temperatur gecə 2-5°, gündüz 5-9° isti, Bakıda gecə 3-5°, gündüz
7-9° isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 762 mm civə sütunundan 767 mm civə
sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında havanın yağıntılı
olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Şimşək
çaxacağı ehtimalı var.
Temperatur gecə 3° şaxtadan 2°-dək isti, dağlıq ərazilərdə 8°-dək
şaxta, gündüz 7-12° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd,
Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy
rayonlarında havanın yağıntılı olacağı, qar yağacağı
gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, 2-dən 3-nə keçən gecə
şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Temperatur gecə 0-5° şaxta, gündüz 0-5° isti olacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl
rayonlarında havanın yağıntılı olacağı, bəzi yerlərdə sulu
qar yağacağı gözlənilir.
Temperatur gecə 0-5°, gündüz 8-13° isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı,
Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar
rayonlarında havanın yağıntılı olacağı, sulu qar, qar
yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı
var.
Temperatur gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-9° isti, dağlarda
gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,
İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan və Neftçala rayonlarında bəzi yerlərdə
havanın az yağıntılı olacağı gözlənilir.
Temperatur gecə 2-7°, gündüz 9-14° isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara
rayonlarında havanın yağıntılı olacağı, dağlıq ərazilərdə
qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı
var.
Temperatur gecə 4-6°, gündüz 6-11° isti, dağlarda gecə 2° şaxtadan
3°-dək isti, gündüz 3-6° isti olacaq.