“Liverpul”un futbolçusunda dopinq tapıldı

28 Aprel 2016 18:00 (UTC+04:00)

UEFA “Liverpul”un müdafiəçisi Mamadu Sakonu 30 günlük yaşıl meydanlardan uzaqlaşdırıb.

Publika.az xəbər verir ki, fransız futbolçu dopinq qəbul etməkdə şübhəli bilinir. Məsələylə bağlı araşdırmaya başlanılıb və diskvalifikasiya UEFA-nın yekun qərarından sonra qüvvədən düşəcək.

Əvvəlcə Fransa KİV-i Sakonun bədəndəki yağları əritmək üçün həblərdən istifadə etdiyini, ancaq tərkibində qadağan olunmuş maddələrin olduğunu bilmədiyini xəbər vermişdi. Ortaq razılıq əsasında 26 yaşlı müdafiəçi 1 ay futbol oynamayacaq.

2013-cü ildə PSJ-dən “Liverpul”a keçən Mamadu Fransada çempionluq (2012/13) və kubok (2010) sevinci yaşayıb.

Cari mövsümdə İngiltərə klubunun heyətində Premyer Liqada 22 oyuna çıxan fransız 1 qol da vurub. Seneqal əsilli müdafiəçi 28 dəfə Fransa millisinin formasını geyinib.

Pərviz Hikmət