Polşa şirkəti "JSK Architekci" Sumqayıtda stadion tikmək
niyyətindədir.
Stadionun layihəsinin üzərində iş artıq başa çatıb, bu layihənin reallaşdırmasını maliyyələşdirəcək SOCAR-la da ilkin razılıq nail olunub. Bunu şirkətin vitse-prezidenti Mariuş Ruts Varşavada Azərbaycan jurnalistləriylə görüşdə bildirib.
Şirkətin vitse-prezidentinin sözlərinə görə, Memorandum artıq
SOCAR-la imzalanıb.
"Ümid edirik ki, ilin sonuna qədər biz stadionun tikintisinə
başlamağı bacaracıq", - Ruts deyib.
İlkin layihədə 40 min oturacaqlı stadion tikmək planlaşdırılırdı,
ancaq sonra SOCAR-ın rəhbərliyi 15 min oturacaqlı stadion tikməyi
təklif etdi, Ruts əlavə edib.
Yeni stadion altmışıncı illərdə tikilmiş köhnən stadiounun yerində
tikilməsi planlaşdırılır. Stadion bütün müasir standartlara cavab
verəcək.
"JSK Architekci" şirkəti stadionların planlaşdırılmasından başqa
həmçinin aeroportların və ticarət mərkəzlərinin planlaşdırılmasıyla
məşğul olur.
Şirkətdə həmçinin Bakıda "Ağ şəhər" layihəsində işləmək niyyəti
var.