“Çiyələk qadın"ın özəl günü – FOTO/VİDEO

29 Aprel 2016 12:47 (UTC+04:00)

Səhnəmizin sevilən ulduzu, nazlı-duzlu müğənnisi bəstəkar-müğənni Xumar Qədimova doğum gününü qeyd edir.

Publika.az xəbər verir ki, sənətə ilk gəldiyi gündən sevənlərinin ürəyinə yol tapan, səsi və ifası ilə könülləri riqqətə gətirən Xumar musiqi dünyasına Şuşaya həsr olunmuş “İsa bulağı” nəğməsi ilə qədəm qoyub.

Ardınca “Həsrət nəğməsi”, “Didərginlər”, “İstiqlal marşı”, “Əl-ələ tutaq gedək”, “Allahım, mən neçin üçün şair doğuldum” və daha neçə-neçə vətənpərvərlik ruhunda olan kompozisiyaları ilə özünü sevdirib.

Sevgi dolu musiqiləri ilə könülləri fəth edən Xumarın ürəyi həmişə həzin nəğmələri ilə döyünür.

Doğum günün mübarək!

Cəvahir