Bağdadda terror aktı: 21 nəfər həlak oldu

30 Aprel 2016 15:19 (UTC+04:00)

İraqın paytaxtı Bağdadda bomba yüklü avtomobilin partladılması ilə terror aktı törədilib.

Publika.az xəbər verir ki, terror aktı nəticəsində ən azı 21 nəfərin öldüyü deyilir.

Məlumata görə, terror aktı şiə məzhəbinə məxsus vətəndaşlara qarşı törədilib.

Terror aktını indiyə qədər üzərinə götürən olmayıb.

Asif