Xalq artisti yenidən xəstəxanada

4 May 2016 13:45 (UTC+04:00)

Xalq artisti, məşhur diktor Sabir Ələsgərlinin səhhətində yenidən problemlər yaranıb.

Bu barədə Publika.az-a diktor özü açıqlama verib: “Təcili əməliyyat olunmalıyam, amma həkimlər hələ ki, səhhətimin buna imkan vermədiyini deyirlər. Bir neçə ay bundan əvvəl əməliyyat olunan böyrəklərimdən “şlank”lar çıxarılmayıb. O “şlank”lar çıxarılmalıdır ki, növbəti əməliyyat olunsun. Böyrəklərimdə yığılan çirk əməliyyatı ləngidir. Hər gün həkimlərdən cavab gözləyirəm, amma qərar uzanır”.

Xalq artisti hər gün xəstəxanaya gedib-gəldiyini və böyrəklərinin çirkdən təmizləndiyini deyib.

Cəvahir