Aleks de Souza futboldan gedir?

3 Aprel 2014 16:31 (UTC+04:00)

"Fənərbaxça"nın keçmiş kapitanı, hazırda Braziliyanın "Koritiba"sının şərəfini qoruyan Aleks de Souza karyerasını bitirmək qərarına gəlib.

Publika.Az xəbər verir ki, Aleks ilin sonunda futboldan gedəcəyini açıqlayıb.

36 yaşlı yarımmüdafiəçinin "instagram" hesabında açıqlamasına görə, dekabrda Braziliya çempionatı başa çatdıqdan sonra futbolla vidalaşacaq.

Aygün İlqarqızı