Ermənistan polisində kütləvi istefalar

13 May 2016 04:12 (UTC+04:00)

Ermənistan polisində kütləvi işdən çıxarmalar davam edir. ANS PRESS-in məlumatına görə, bu barədə erməni mətbuatı xəbər verib.

Bu gün Loriysk vilayət polisinin rəis müavini Ara Karapetyan və Quqarks rayon polisinin şöbə rəisi Artur Şaxverdyan vəzifələrindən azad edilib. İşdən çıxarılmanın dəqiq səbəbləri məlum deyil. Ancaq Ermənistan polisinin mətbuat xidməti işdən çıxarılmanın sistemdə kadr siyasətiylə bağlı olduğunu bildirib.

Bir müddət əvvəl Araqatsotnanın, Şirakın, Kotaykanın və Zeytunun polis rəisləri Qriqor Qriqoryan, Qrişa Amirxanyan, Serob Arutyuyan və Avetik Abramyan vəzifəsindən istefaya göndərilib.