Millət vəkili beynəlxalq tədbirdə erməniləri ifşa etdi

13 May 2016 11:57 (UTC+04:00)

Milli Məclisin deputatı, tanınmış professor Musa Qasımlı Türkiyədə keçirilən iki beynəlxalq elmi simpoziumda iştirak edib.

Publika.az xəbər verir ki, azərbaycanlı alim İstanbul Universitetində keçirilən beynəlxalq elmi simpoziumda “Says-Piko sazişi imzalandıqdan sonra erməni təşkilatlarının fəaliyyətlərinə Antanta ölkələrinin və Osmanlı dövlətinin münasibəti (1916-cı il may – 1917-ci il fevral)”, Bitlis Eren Universitetində keçirilən beynəlxalq elmi simpoziumda isə “Türkiyənin Avropa İttifaqına üzv olmaq üçün müraciət etməsi və SSRİ-nin uydurma erməni soyqırımı məsələsini gündəliyə gətirməsi (sovet mənbələri əsasında)” mövzularında məruzələr edib.

M.Qasımlı simpozium çərçivəsində bir iclasa sədrlik də edib. Onun maraqla qarşılanan məruzələri ətrafında geniş müzakirələr aparılıb.

Asif