Şəkidə avtomobil körpüdən çaya düşüb: 1 ölü, 4 yaralı

3 Aprel 2014 21:25 (UTC+04:00)

Şəkidə ağır yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

Hadisə bu gün axşam saatlarında Şəki-Qax yolunun İnci kəndi ərazisindən keçən hissəsində baş verib. 66-BB-759 dövlət nömrə nişanlı VAZ-2101 markalı avtomobil Qax istiqamətində hərəkətdə olarkən, sürücü idarəetməni itirib və maşın Şin çayı üzərindəki körpüdən aşağı düşüb.

Qəza nəticəsində avtomobilin sürücüsü hadisə yerində ölüb. Daha 4 sərnişin isə ağır xəsarət alıblar. Onlardan ikisi qadın, ikisi isə kişidir.

Qəzaya düşmüş şəxslərin bir ailənin üzvü olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.