İnsult keçirən xalq artistinin səhhəti ilə bağlı XƏBƏR

16 May 2016 12:15 (UTC+04:00)

“Bu xəstəlik elədir ki, üç günə, beş günə sağalmır. Gərək uzunmüddət müalicə olunam”.

Xalq artisti, tanınmış bəstəkar Eldar Quliyev Publika.az-a səhhəti ilə bağlı açıqlama verib. Həkim nəzarəti altında müalicə olunduğunu deyən rejissor buna görə yaradıcılığına da fasilə verdiyini deyib: “Yenə xəstəxanaya, həkim müayinəsinə gedirəm, vaxtaşarı müalicə olunuram. Aylardır dava-dərman qəbul etsəm də, sağalmıram. Buna görə hələ ki, yaradıcılıqla məşğul ola bilmirəm. İnşallah, sağalaram, film də çəkərəm”.

Cəvahir