Astroloji proqnoz - 17 may

17 May 2016 00:03 (UTC+04:00)

Qoç - Bəsit düşüncə tərzindən uzaqlaşın. Onsuz da ətrafdakıları öz fikrinizlə razı sala bilməyəcəksiniz.

Buğa - Günün birinci yarısını istirahətə həsr edin. Sonrakı müddətdə isə iş planlarınıza uyğun hərəkət edin.

Əkizlər - Bir çoxlarından daha şanslısınəz. Fiziki cəhətdən özünüzü yormamağa çalışın. Çox sahədə uğur əldə edəcəksiniz.

Xərçəng - Məkrli insanların təsirinə düşməyin. Ovqatınız yüksələcək.

Şir - Gün qənaətbəxş olacaq. Mövcud problemlərinizin həlli üçün ağlınıza yaxşı ideyalar gələcək.

Qız - Qeyri-adi nəsə gözlənilmir. Əsas vaxtınızı müzakirələrə həsr edin.

Tərəzi - Sizi sıxıntıda saxlayan maddi problemləriniz bu gündən tədricən öz həllini tapacaq. Bu isə ovqatınıza müsbət təsir göstərəcək.

Əqrəb - Passiv olmayın. İşgüzar sövdələşmələrə başlamaq, yeni layihələri reallaşdırmaq istiqamətində çalışın.

Oxatan - Əsas enerjinizi fəaliyyət istiqamətinə yönəldin. İşgüzar təkliflərə ciddi baxın.

Oğlaq - İqlimin dəyişkənliyi sizdə ümumi süstlük yaradacaq. İmkan daxilində istirahətə yer ayırın.

Dolça - Qeyri-işgüzar münasibətləri arxa plana keçirməlisiniz. Karyera yüksəlişi gözlənilir.

Balıq - Kobudluq etməklə kiminsə xətrinə dəyməyin. Bu gün bir neçə yeniliyin şahidi olacaqsınız.