“Bu Azərbaycanın milli maraqlarımızı üstün tutması, siyasi konyukturadan kənar addım atmasını göstərir. Azərbaycan beynəlxalq hüquqa əməl edib. İstər Kosova, istərsə də Gürcüstan məsələsində bu mövqeyini ifadə edib”.
Publika.Az xəbər verir ki, b deputat Azay Quliyev Milli Məcclisdə çıxışı zamanı BMT-də Azərbaycanın Ukraynanın ərazi bütövlüyünə səs verməsindən danışıb.
A. Quliyev daha sonra deyib ki, deputatlar beynəlxalq münasibətlərdə mühüm rol oynayır: “Əlbəttə, bu, Xarici İşlər Nazirliyi ilə məsləhətləşirilir. Mən hesab edirəm ki, işçi qrupu səviyyəsinə nazirliklə məsləhətləşmələr aparılmalıdır. Heç olmasa ildə bir dəfə bu həyata keçirilməlidir”.
Deputat minə yaxın QHT-nin hesabat vermədiyini və buna görə cərimə ödəyəcəyini bildirərək: “Üç həftə vaxtımız var, mən QHT-lərdən xahiş edirəm ki, Maliyyə Nazirliyinə hesabatlarını versinlər”.
Asif