Prezident icra başçısına orden verdi

4 Aprel 2014 17:14 (UTC+04:00)

Prezident İlham Əliyev icra başçısı ilə bağlı sərəncam verib.

Publika.az AzerTac-a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə Şəmsəddin Hüseynqulu oğlu Xanbabayev “Şərəf” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2004-cü il tarixli Sərəncamı ilə Şəmsəddin Hüseynqulu oğlu Xanbabayev Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.