4 ədəd "Qrad" raketinin mühərrik hissəsi aşkar olunub - FOTO

30 May 2016 05:02 (UTC+04:00)

Azərbaycanın cəbhəboyu rayonlarında "Qrad" raketinin mühərrik hissələri aşkar olunub. Bu barədə Publika.az-a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) bildiriblər.

Tərtər rayonu

Şıxarx kəndi - 4 ev və həyətyanı sahədə 7 partlayış yerinə baxış keçirilmiş, 3 ədəd qrad raketinin mühərrik hissəsi aşkar edilərək götürülmüş, nəticə etibarı ilə 10 000 kv. m ərazi yoxlanılmışdır.

Qarağacı kəndi - 28 may tarixində aşkar olunmuş 1 ədəd 122 mm-lik top mərmisi partlayış yolu ilə məhv edilmişdir.

(FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin məlumatı)

Cəmilli kəndi - 1 əkin sahəsində 2 partlayış yerinə baxış keçrilmiş və 1 ədəd qrad raketinin mühərrik hissəsi aşkar edilərək götürülmüş, nəticə etibarı ilə 4000 kv. m ərazi yoxlanılmışdır.

Cəmi: 4 ev və həyatyanı sahə, 1 əkin sahəsi , 9 partlayış yerinə baxış keçirilmiş, 4 ədəd qrad raketinin mühərrik hissəsi aşkar edilərək götürülmüş və nəticə etibarilə 14 000 kv. m ərazi təmizlənmişdir.

Ağcabədi rayonu

Hacılar kəndi - 1 əkin sahəsində 1 partlayış yerinə baxış keçirilmiş, nəticə etibarı ilə 10 000 kv. m ərazi yoxlanılmışdır.

Qiyaməddinli kəndi -1 əkin sahəsində 1 partlayış yerinə baxış keçirilmiş, nəticə etibarı ilə 5 000 kv. m ərazi yoxlanılmışdır.

Cəmi: 2 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilmiş, nəticə etibarı ilə 15 000 kv. m ərazi yoxlanılmışdır.

Füzuli rayonu

Şükürbəyli kəndi - 4 otlaq sahəsində 4 partlayış yerinə baxış keçirilmiş, nəticə etibarı ilə 1478 kv. m ərazi yoxlanılmışdır.

Cəmi: 4 otlaq sahəsi, 4 partlayış yeri aşkar edilmiş və nəticə etibarilə 1 478 kv. m ərazi təmizlənmişdir.

29 May tarixində 4 ev və həyətyanı sahə, 3 əkin sahəsi, 4 otlaq sahəsi də daxil olmaqla 15 partlayış yerinə baxış keçirilmiş, 4 ədəd qrad raketinin mühərrik hissəsi aşkar olunaraq götürülmüş və gün ərzində 30 478 kv. m ərazi təmizlənmişdir.

Ümumilikdə Agentlik tərəfindən 7 Aprel - 29 May 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 540 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 4 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 21 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilmiş, 1 468 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 2 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilmişdir.

Hal-hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.