Nigeriyada gəmiyə silahlı hücum zamanı 6 nəfər öldürülüb

3 İyun 2016 05:44 (UTC+04:00)

Bir qrup silahlı şəxs Nigeriyanın dövlət neft şirkəti NNPC-yə məxsus gəmiyə hücum edib.

"Report"un məlumatına görə, bu haqda "Reuters" agentliyi məlumat yayıb.

Məlumata görə, silahlı şəxslərin kimliyi məlum deyil. Hücum zamanı ən azı 6 nəfər öldürülüb.

Hadisə silahlı qruplaşmaların əvvəllər də neft obyektlərinə hücum etdikləri Varri şəhərinin yaxınlığında baş verib.

Hələlik hücuma görə heç bir təşkilat məsuliyyəti öz üzərinə götürməyib.