BU GÜN: Azərbaycan - Kanada

3 İyun 2016 12:25 (UTC+04:00)

Futbol üzrə Azərbaycan milli komandası bu gün Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində Kanada yığması ilə qarşılaşacaq.

Publika.az xəbər verir ki, bu, Robert Prosineçkinin rəhbərlik etdiyi komandanın hazırlıq prosesində sonuncu yoldaşlıq görüşü olacaq. İlk oyunda Andorra ilə qolsuz heç-heçəyə razılaşan milli ardınca Makedoniyaya məğlub olub - 1:3.

Martın 26-da Qazaxıstana 0:1 hesablı məğlubiyyəti də nəzərə alsaq, Azərbaycan millisi builki yoldaşlıq görüşlərində qalib gələ bilməyib.

Qeyd edək ki, indiyədək Azərbaycan və Kanada milliləri qarşılaşmayıb. Bakı vaxtı ilə saat 21:00-da başlanacaq görüş Avstriya toplanışında sonuncu olacaq.

21:00 Azərbaycan - Kanada

Baş hakim: Saşa Amhof

Baş hakimin köməkçiləri: Stefane De Almeyda, Vital Jobin

Dördüncü hakim: Adrien Cakkottet (hamısı İsveçrə)

Avstriya, "Rorbax" stadionu