"Unibank" real sektora dəstəyini daha da artırır

3 İyun 2016 15:06 (UTC+04:00)

Bank manat biznes kreditlərinin verilməsini daha da aktivləşdirir

Yerli biznesə, sahibkarlığın inkişafına dəstək, hər zaman Unibank-ın prioritetlərindən biri olaraq qalır. Bank manat biznes kreditlərinin verilməsini daha da aktivləşdirir. Sərfəli biznes kreditləri və yüksək bank xidmətlərinin nəticəsi olaraq, Unibanka müraciət edən biznes sahiblərinin sayı getdikcə artır. Maliyyə sektorunda baş verən proseslər iş adamlarını özlərinə daha dayanıqlı tərəfdaş seçməyə vadar edir. Bunun nəticəsidir ki, təkcə son aylarda bankın iri korporativ müştərilərinin sayı 12% artıb. Bu müddətdə biznesə verilən kreditlərin həcmi isə 13,6 milyon manatdan çoxdur.

Qeyd edək ki, bankda manat depozitlərinin artımı müşahidə olunur. Korporativ bank xidmətləri departamentinin rəhbəri Məcid Məmmədov bu artımı bir neçə səbəblə əlaqələndirib: “Bu artımı ilk 3 səbəblə əlaqələndirərdim: 1) manatın məzənnəsinin stabilləşməsi; 2) Əmanətlərin Sığortalanması Fondu tərəfindən depozitlərin sığortalanması; 3) Bank tərəfindən manat depozitlərinin dollarla müqayisədə daha yüksək faizlə qəbul olunması. Beləliklə də bu amillər nəticə etibarı ilə verilən kreditlərdə manat kütləsinin həcminin artmasına səbəb olur”.

Unibank Sahibkalığa Kömək Milli Fondunun da uğurlu tərəfdaşları sırasındadır. Ötən il bank tərəfindən təkcə Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına ümumilikdə 4.7 mln. manat təşkil edən 130 kredit verilib. İlin əvvəlindən bu yana da Unibank SKMF-nin vəsaiti hesabına kreditləşmədə aktiv iştirak edən banklardan biridir. Sahibkarlığa Kömək Milli Fondunun xəttilə ayrılan kreditlər çox sərfəli şərtlərlə - illik cəmi 6% -lə verilir. Kreditlər kiçik, orta və böyük həcmdə olmaqla 10 milyon manatadəkdir.

Beynəlxalq maliyyə qurumların etibarlı tərəfdaşı olan Unibank kənd təsərrüfatına dəstək layihəsi çərçivəsində Dünya Bankının vəsaiti hesabına kreditləşməni həyata keçirir. Dünya Bankı və Kənd Təsərrüfatı Nazirliyi ilə birgə əməkdaşlığının nəticəsi olan layihənin məqsədi kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlara kömək olmaqdır.

Dünyanın nüfuzlu maliyyə qurumuları ilə əməkdaşlığı genişləndirən Unibank, beynəlxalq ticarətlə məşğul olmaq istəyən korporativ müştərilərinə dəstək olur. Bankın dünyanın tanınmış və nəhəng maliyyə qurumlarından olan “Credit Agricole” və “Unicreditgroup”la əməkdaşlığı nəticəsində, Unibankın korporativ müştəriləri beynəlxalq bazarda nəinki nüfuzlu zamin, həm də maliyyə dəstəyi də əldə edə bilirlər.

Pərakəndə və korporativ müştərilərə xidmət görstərməklə, həmişə universal bank fəaliyyətini davam etdirən Unibank, korporativ biznes seqmentində lider və novator bank olmaqda davam edir. Unibank-da ölkəmizin neft və qeyri-neft sektorunu təmsil edən böyük şirkətlərə, həmçinin kiçik və orta sahibkarlara xidmət olunur. Səhmdarlar tərəfindən təsdiqlənmiş strategiyada bəhs edilir ki, Unibank gələcəkdə daha da universal bankçılıq konsepsiyası çərçivəsində inkişaf edəcək və qısa müddət ərzində biznes sahəsini yeni bir səviyyəyə çıxaracaq.

Korporativ bank xidmətləri departamentinin rəhbəri Məcid Məmmədov qeyd edir ki “Bu strategiya çərçivəsində bankın kiçik və orta bizneslə məşğul olan müştərilərinə xidmət üçün istisaslaşdırılmış filialları açılıb. Əsas məqsədlərdən biri də beynəlxalq proqramlarda daha da fəal iştirak etməklə, kiçik və orta bizneslə məşğul olan müştərilər üçün sərfəli şərtlərlə maliyyə resursları cəlb etmək, kredit şərtlərinin təkmilləşdirilməsidir.”

Yüksək keyfiyyətli bank xidmətlərindən faydalanmaq üçün sahibkarlar bankın “Qara Qarayev”, “İçərişəhər” , “Dərnəgül” , “Yasamal” filialları və “Unibank- biznes mərkəzi”nə, eləcə də Unibank-ın bölgə filiallarına müraciət edə bilərlər. Məqsəd bankın ölkənin iqtisadi inkişafına dəstəyini bir qədər də gücləndirməkdir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az ,https://twitter.com/unibank ) əldə etmək olar.

Unibank- Biznesinizə daimi dəstək!

Unibank-hər kəsin bankı!