Tarkan həyat yoldaşı ilə bu evdə yaşayacaq – FOTO

7 İyun 2016 20:57 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, meqastar Tarkan 1 milyon dollara lüks mənzil alıb.

Publika.az bildirir ki, müğənninin həyat yoldaşı Pınar Dilək ilə birgə bu evdə yaşayacağı deyilir. Tarkan Kemerburzqazda yerləşən yeni evini həyat yoldaşının zövqünə uyğun dizayn etdirib.

Xatırladaq ki, cütlüyün nikah mərasimi Tarkanın Trabyadakı evində baş tutmuşdu. Meqastar yeni mənzilə köçdükdən sonra Trabyadakı evini satışa çıxaracaq.

Ləman Sultan