İspaniya şokda: Gürcülər Xetafedə tarix yazdı - VİDEO

8 İyun 2016 13:03 (UTC+04:00)

Avropa çempionatı ərəfəsində iştirakçı olan və olmayan millilərin iştirakı ilə dünyanın yaşıl meydanlarında bir neçə yoxlama oyunu keçirilib.

Publika.az xəbər verir ki, günün sensasiyası Xetafedə qeydə alınıb. Gürcüstan millisi səfərdə son iki Avropa çempionatının qalibi İspaniyanı 1:0 hesabıyla məğlub edərək, tarixi uğura imza atıb.

Doğma azarkeşləri qarşısında sürpriz məğlubiyyətlə üzləşən ispanlar bununla da AÇ-2016 ərəfəsində psixoloji sarsıntı yaşayıb.

Qeyd edək ki, İspaniya millisi Fransada keçiriləcək qitə turnirində Türkiyə, Xorvatiya və Çexiya ilə birlikdə D qrupunda mübarizə aparacaq.