İlham Mirzəyev televiziyaya qayıdır? - "SPACE"DƏN AÇIQLAMA

9 İyun 2016 17:45 (UTC+04:00)

Bu gün saxlanıldığı saxlandığı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə müəssisəsindən evinə buraxılan keçmiş aparıcı İlham Mirzəyevin sabiq iş yerinə qayıdacağı ilə bağlı söz-söhbətlər dolaşmaqdadır.

Xəbəri dəqiqləşdirmək üçün “Space” TV-nin icraçı direktoru Kamil Şahverdiyevlə əlaqə saxladıq.

Direktor Publika.az-a açıqlamasında bunları dedi: “Əgər İlham Mirzəyev bizə müraciət edərsə, buna baxılacaq. Amma hazırda onun telekanalda yenidən aparıcı olub-olmaması ilə bağlı heç bir söz deyə billmərik”.

Cəvahir