Sayman Aruzun aqibəti necə oldu? (YENİLƏNİR)

12 İyun 2016 10:25 (UTC+04:00)

Gənc şair Sayman Aruzun səhhəti qəfil pisləşib.

22:30 11.06.2016

Publika.az xəbər verir ki, bu barədə Facebook sosial şəbəkəsində Rina İşıq adlı istifadəçi yazıb.

“İndicə oxudum , çox pis oldum! Xətrini çox istədiyim dəyərli sairimiz Sayman Aruz bir neçə saat öncə kəskin ürəktutması ilə xəstəxanaya yerləşdirilib. Hazırda ölümlə üz-üzə olan şairə şəfa diləyək", - Rina İşıq yazıb.

10:15 12.06.2016

Gənc şairlə əlaqə saxlamaq mümkün olmasa da, onun yaxın dostu Aydın Xan Əbilovla danışa bildik. Şairin sözlərinə görə Sayman Aruz dünən axşam saatlarında qəfildən halının pisləşməsi səbəbiylə Bakıdakı özəl klinikalardan birinə yerləşdirilib. Hazırda onun vəziyyəti normaldır. Həkimlər bu gün gənc şairin evə buraxıla biləcəyini deyib.

Onun müayinəsiylə tanınmış professor Rəşid Mahmudov yaxından maraqlanır.