İŞİD ABŞ-dakı terror aktına reaksiya verdi

12 İyun 2016 19:43 (UTC+04:00)

İŞİD terror qruplaşması ABŞ-ın Florida ştatının Orlando şəhərində yerləşən “Pulse” gecə klubunda törədilən terror aktına reaksiya verib.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, İŞİD-ə bağlı “Twitter” hesabında terror aktını törədən Omar Matinin şəkli yerləşdirilib.

Daha əvvəl Konqresin respublikaçı üzvü Piter Kinq CNN telekanalına müsahibəsində bildirib ki, hakimiyyətin fikrincə, əfqan mənşəli amerikalı Matin silahla davranış üzrə xüsusi hazırlıq keçib. Matinin Florida ştatının sakini olduğu bildirilir.

Bəzi iddialara görə, Omar Martin İŞİD üzvü olub.Amma "Reuters" agentliyinin yazdığına görə, Omar Matinin İŞİD-lə əlaqəsini təsdiqləyəcək sübutlar hələ əldə edilməyib.

Qeyd edək ki, bu gün törədilən terror aktı nəticəsində 50 nəfər ölüb, 53 nəfər yaralanıb. Bu gecə klubu qeyri-ənənəvi oriyentasiyaya malik insanların toplaşdığı məkan olub.

Ömər Dağlı