Azərbaycanda dəhşətli yol qəzası: 6 ölü var - YENİLƏNİB

5 Aprel 2014 20:19 (UTC+04:00)

Gəncə şəhərindən Şəmkir istiqamətinə gedən yolda dəhşətli avtomobil qəzası baş verib.

"KAMAZ" yük maşını ilə "VAZ-21015" minik avtomobilinin toqquşması nəticəsində "VAZ-21015"-də olan 6 sərnişin dünyasını dəyişib.

YENİLƏNMƏ

Gəncə şəhərindən Şəmkir istiqamətinə gedən yolda baş verən dəhşətli avtomobil qəzasında avtomobillərin dövlət nömrə nişanları bəlli oldu. “VAZ-21015” minik avtomobilinin nömrəsi "57 BT 795", “KamAZ” yük maşınının nömrəsi isə "40 BD 971"-dir.

Xatırladaq ki, hadisə bu gün saat 18:00 radələrində Gəncə şəhərin Nizami küçəsi ilə Şah İsmayıl Xətai prospektinin kəsişməsində baş verib. /ANS/